ARB TV-nin "Gəlin danışaq verilişinin qonağı müğənni Günel Ələkbərova olub.

Unikal.org xəbər verir ki, müğənni ilk olaraq özəl həyatından danışıb:

"Özəl həyatım haqqında doğurdan danışmaq istəmirəm. Bu, mənim özəl həyatımdır. Düşünürəm ki, mən yanlış bir şey etməmişəm. Etsəm belə, artıq etmişəm. Əsas indiki zamandır.

Daha sonra qızından danışan müğənni, göz yaşlarını saxlaya bilməyib:

"İndi bunu başqa cürə yozacaqlar ki, uşağını, Allah bilir, günlərdi görmür. Bilən bilir ki, vallah özüm baxıram uşağa. Anamdan başqa heç kimə etibar edə bilmərəm. Vaxt elə tez keçir ki, elə bil ki, dünən doğulub. O, mənim həyatda hər bir şeyimdir. Qızıma görə heç vaxt deyə bilmərəm ki, gərək bu olmazdı, buna mənim haqqım çatmır. Mən ona görə bu həyatda güclüyəm. Mənə də çox zərbələr vurmaq istəyiblər. Gülüb, danışmağıma baxmayın. Həyatda mənə o qədər zərbələr vurmaq istəyiblər. Bir vaxt ayılmışam ki, meydanda təkəm. Buna baxmayaraq, yenə də öz sözümü hər zaman demişəm. Bizdə də bilirsiz də adətdir yıxılana balta vurmaq. Bu yaxınlarda hansısa bir müğənninin keçmiş həyat yoldaşı ilə şəkilləri çıxdı. Hamı düşdü üstünə. Nə olub? Həyat yoldaşıdır, şəkil çəkdirib yaxşı edib. Bunun kimə nə aidiyyatı var? Özü bilər. Hal-hazırda xoşbəxtdisə, nə səbəbə paxıllıqdan ürəyiniz partlayır? Bu şeylər insanı sıxır.