Daima yeni mahnıları, klipləri və ya dəbdəbəli həyatları ilə gündəmə gələn azərbaycanlı müğənnilərin ara-sıra döyülmə xəbərləri də yayılır.
Unikal.org xəbər verir ki, kimisi toyda, kimisi xarici ölkədə, kimisi də şəxsi münaqişələr zəminində şiddətə məruz qalır. Onlar bu mövzunu mediadan və sevənlərindən gizlətməyə çalışsalar da, həmişə istəklərinə nail ola bilmirlər.
Müğənni Elçin Cəfərov getdiyi toyların birində döyüldükdən sonra burnunu əməliyyat etdirməli olub. Onun dediyinə görə, burnundakı problemlər onu oxumağa qoymurmuş.
Müğənni Vüqar Muradov da 2 il öncə Rusiyada meşədə döyülüb. Daha sonra müğənnnini döyən şəxslər polis tərəfindən həbs olunub.
Gənc müğənni Çingiz Mustafayev illər öncə naməlum şəxslər tərəfindən şiddətə məruz qalıb. Aldığı yaralar nəticəsində Çingizin bir qolu gipsə qoyulub.
Müğənni Sabir Əhmədov da əlbəyaxa dava zamanı yaralanıb. Onun qolu zədələnmişdi.metbuat.az