Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal dünyasını dəyişib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, may ayının 9-u saat 22:10-da (Bakı vaxtı ilə 23:10) Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının rəhbəri Dr. Necdet Sağlam agentliyə açıqlamasında beyin ölümü gerçəkləşən İbrahim Erkalın ürəyinin də dayandığını bildirərək, vəfat etdiyini söyləyib.

Artıq mərhum sənətçi bu gün dəfn mərasimi keçirilib.

İbrahim Erkalın cənazə mərasiminə qatılan müğənni Arif Susam məşhur sənətçilərin cənazə törəminə qatılmadığını deyib: "Cənazə törəminə hansısa sənətçi qatılmayıb. Belə bir gündə xatırlamayacaqlarsa nə zaman Erkal yada düşəcək? -deyə fikir bildirib.

Qeyd edək ki, İbrahim Erkal Karacaahmet qəbiristanlığında dəfn olunub.




İbrahim Erkal son yolculuğuna uğurlanıyor

İbrahim Erkal son yolculuğuna uğurlanıyor