Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsinə start verilib.

Unikal.org xəbər verir ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edib.

Ümumilikdə bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.