Əməkdar artist Elza Seyidcahan müğənni Könül Kərimovadan inciyib.
Unikal.org xəbər verir ki, bu haqda K.Kərimova "ATV maqazin 10larla" verilişinə deyib.
İfaçının sözlərinə görə, qonaq olduğu proqramlardan birində rəfiqələrinin adını çəkərkən Elza Seyidcahan yaddan çıxıb. Bunu görən həmkarı dərhal ona zəng vuraraq, sərt sözlər söyləyib:
"Bir də gördüm, Elza mənə zəng vurdu ki, "İndi başa düşdüm, sən məni istəmirsən". O qədər sərt danışdı ki, dondum qaldım. Heç nə deyə bilmədim. Tədbirdə idim. Fikrim qaldı Elzanın yanında. Sonra dözməyib ona qəşəng mesaj yazdım və o da mənə cavab göndərdi".axşam.az