Uzun müddətdir gündəmdən uzaqlaşan, sosial şəbəkədəki profillərini bağlayan müğənni Sevinc Ağaşirinova geri qayıdıb.

Unikal.org-un məlumatına görə, müğənni ötən gündən İnstaqram səhifəsini aktiv edib və yeni fotolarını paylaşıb.

Sevinc Barselonada olduğunu vurğulayıb. Sənət dostları onun fotolarına təəccüblənib və hər kəs harada olduğunu soruşub. İfaçı "Tezliklə görüşəcəyik deyə, ünvanlanan suallara cavab verib.

Qeyd edək ki, S.Ağaşirinovanın bir övladı var. Onun ikinci dəfə ailə qurduğu və buna görə sənətdən uzaqlaşdığı xəbəri yayılmışdı.axşam.az