İstanbulda motosikl sürərkən küçə avaraları tərəfindən söz hücumuna məruz qalan aktrisa Bensu Sorala sevgilisi qadağa qoyub.

Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, Hakan Baş sevgilisinə bundan sonra motosikllə tək gəzintiyə çıxmağı qadağan edib.

Soral açıqlamasında "Bundan əvvəl də avtomobilimlə məni kənara sıxışdırmaq istəyənlər olmuşdu" deyib. O, başına gələnlər sevgilisinə danışandan sonra Hakan buna əsəbiləşib və Bensunun təhlükəsizliyi üçün tək gəzintiyə çıxmamasını istəyib.