İllərdir səhnədə olan müğənni Hülya Avşar əvvəllər serial və filmlərlə pul qazanırdısa, indi reklamlara çəkilir.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı yataq şirkətlərindən birinin reklam çarxına çəkilib. 70 nəfərlik işçi ilə ərsəyə gələn reklamdan Hülya 1 milyon lirə qazanıb. O, yataqda yoqa hərəkətləri edib.
Qeyd edək ki, daha əvvəl tualet kağızı, ayaq kremi, uşaq bezi və kola reklamında oynayan Avşar 2015-ci ildə qızı Zehra ilə bir tikinti firmasının təqdimatı üçün kamera qarşısına keçib. Qızıyla oynadığı və olduqca səs gətirən reklam filmindən 1 milyon 250 lirə alan sənətçi 250 min lirəni qızına verib.