"Gəlin danışaq" verilişinin qonağı müğənni Samir Cavadzadə olub.
Unikal.org xəbər verir ki, sənətçi 14 il əvvəl ilk dəfə "Şeron" qrupunda efirə çıxması ilə bağlı hazırlanmış sujeti izləyərkən kövrəlib.
O bildirib ki, qrupdakı çıxışlarını həmkarı Elnur Məmmədov saxlayır:
"Necə də hamımız gülməliyik. Saçlı formada efirə çıxanda Vaqif Gərəyzadəyə demişdilər ki, "Bitlos"u hardan tapmısan? Çox kövrəltdi bu kadrlar məni. Elnur Məmmədov arxivimizi saxlayır. Mən bilirəm ki, nə istəsəm ondan ala bilərəm. "Şeron" qrupuna Vaqif müəllim məni dəvət etdi. Oxumağımı bəyənmişdi. Uşaqların içində məni oxutdurdu, bəyəndi və qrupda ifa etməyə çağırdı. Razılaşdım".