Müğənni Əmrahın böyük oğlu tayfun Ərdoğan sosial mediada atasını ittiham edib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni kiçik oğlu Elyesa ilə çəkdirdiyi "Oğlumun yuxusu gəlib, atasından qucağında yatıb qalıb, Elyesam, mənim hər şeyim" qeydi ilə fotonu paylaşıb.
Atası ilə münasibətləri gərgin olan 27 yaşlı Tayfun bu fotoya maraqlı şərh yazıb:
"Atamı görməyə getdim, məni qəbul etmədi. Həmən onun ardından qardaşımla bir foto paylaşdı, canım yandı. Yaşım neçə olursa olsun, mən də atamın qoynuna başımı qoymaq istəyirəm. Bu, qısqanclıq deyil. O da mənim qardaşımdır. Amma çətin günlər keçirirəm. Çox şeymi istəyirəm? Bilmirəm".