Xalq artisti Brilliant Dadaşova uzun fasilədən sonra "5/5 verilişinin qonağı olub.
Unikal.org-un məlumatına görə, müğənni proqrama göbəyi açıq paltar geyinib.
B.Dadaşova hər zaman formada qalmağının sirrini açıqlayıb:
"Sadəcə özüm yox, bütün ətrafıma deyirəm ki, idmanla məşğul olmaq lazımdır. Təkcə gözəllik üçün yox, sağlamlığa da xeyirdir. Özümüz kimi, bədənimizi də tərbiyə etməliyik. Dünyada bu sağlam yaşam tərzi o qədər inkişaf edib ki... Artıq bizim ölkədə də inkişaf edir".