Türkiyəli aktyor Kıvanç Tatlıtuğ yeni yaxta alıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor yaxtaya 110 min avro xərcləyib. Fiber yaxta "Mandıra filozofu" filmində Rasim Öztekinin qəhrəmanına aid olduğu üçün baha satılıb.
Bir müddət əvvəl ayağından zədə alan Kıvanç müalicəsi bitdikdən sonra yaxtasını Bodruma aparacaq.