Aparıcı Murad Dadaşov bu gün jurnalistlərlə görüşüb.
Unikal.org-un məlumatına görə, o, illər əvvəl şouda iştirak etmiş mərhum reper Hüseyn Dərya haqqında danışıb:
"Hüseyn Dəryanı çağırmağımız təəccüb doğurdu, müxtəlif ittihamlar oldu. Dedilər, nəyə lazımdır, onu niyə çağırısan? Amma onu çox istəyirdim".
O, İradə İsakın verilişində səslənən ittihamlar barədə suallara belə cavab verib:
"Guya mən konsert edib Hüseyn Dəryaya pul verməmişəm. Niyə beləyalan dedilər, bilmirəm. Konserti öz hesabıma etmişdim. Bunu Kənan MM də bilir. Səbəbini bilmirəm, sadəcə ürəyimdən keçdi, etdim. Konsertdə repertuar az idi, oraya gənc ifaçı da saldıq. O, ifaçı Eldar Qasımov idi. Heyf, Hüseyni ətrafı qoruya bilmədi. Gücləri çatmadı".axşam.az