Bu gün Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üçüncü növbədənkənar qurultayı öz işinə başlayır.
Unikal.org xəbər verir ki, AK partiyası bununla da "İkinci Ərdoğan Dönəmi"nə başlayır.
Partiya nümayəndələri Türkiyə vaxtı ilə saat 10:00-da başlayacaq konqres üçün erkən saatlarından Ankara Arena İdman Saonuna axın ediblər.
2014-cü il avqustun 27-də 1-ci Fövqəladə Qurultayda səlahiyyətlərini Əhməd Davudoğluna təhvil verən Ərdoğan 998 gün sonra partiyaya rəhbərlik etməyə başlayacaq.