Gənc aktrisa, aparıcı Zarina Qurbanova yenicag.az-a müsahibə verib.
Unikal.org xəbər verir ki, o, şəxsi həyatı barəsində etiraflar edib.
"4 il əvvəl "Xəzər televiziyasında "İkinci sənət verilişinin aparıcısı idim. Bir oliqarxın xoşuna gəlmişdim. Xəbər göndərdi. Sonra kanalın qabağında qarşımı kəsib, dedi: "ya mənim sevgilim olacaqsan, ya da səni kanaldan uzaqlaşdıracağam. Dedim ki, nəvən yaşındayam. Söylədi ki, sənə "Porsche, "Torqovıda ev alacağam, - deyə Z.Qurbanova bildirib.
Aktrisa qeyd edib ki, ona yaxınlaşan şəxsin yaxşı 70-dən çox imiş.
"Avtomobillə yolumu kəsirdi. Mən yaxşı bilirəm ki, bu gün müğənnilər, aktrisalar hansı yolla pul qazanır. Mənə də belə təkliflər çox olub, qəbul etməmişəm, - deyə o söyləyib.
"Deyirlər, sən bizim ilk sevgilimizə bənzəyirsən, badamı gözlərin bizi öldürür. Hamısı da eyni cür "padxodedir. Hətta bir məmur qabağımda ağladı ki, nakam sevgimə oxşayırsan. Onlara yazığım gəlir, - deyə Z.Qurbanova sözlərinə əlavə edib.
Aktrisa baş verənlərdən sonraartıq cavan məmurların ona yaxınlaşmaqdan çəkindiyini vurğulayıb:
"Onlar mənə yaxınlaşmır, bilirlər ki, yıxıb-sürüyəcəyəm. Qocalara yazığım gəlir. Çünki ünsiyyət acısıdırlar, onlarla heç kim səmimi deyil. Hamı onlarla puluna görə mehribandır.