Tanınmış aktyor İslam Mehrəliyevin baldızı Fatma Nağıyeva həkim səhlənkarlığının qurbanı olub.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, iki gün əvvəl əməliyyata girən Fatmanın ciyərləri imtina edib.
Yaxınları onu riskli əməliyyatdan uzaqlaşdırsalar da, o, deyilənlərə məhəl qoymayıb.
İddia edilir ki, aktyorun baldızının ölümünə səbəb həkimlərin əməliyyatı düzgün aparmaması olub.
Qeyd edək ki, 35 yaşlı Fatma uzun illərdir Musiqili Teatrın geyim sexində çalışırdı. O, bütün kollektivin rəğbət və hörmətini qazanmışdı.