Meyxanaçı Samirə Yusifqızı ilə əməkdar artist Gülüstan Əliyeva arasındakı mahnı qalmaqalı səngimək bilmir.
Unikal.org-un məlumatına görə, G.Əliyeva səsləndirdiyi "Ay nənə mahnısını ilk dəfə özünün ifa etdiyini və aranjimanın ona məxsus olduğunu bildirən Samirəyə "10-dan sonra verilişi vasitəsilə cavab verib.
O, S.Yusifqızı ilə mübahisəyə belə girmək istəmədiyini deyib:
"Sən özün bilirsən ki, sən kimsən? Hərə çıxıb çox şey danışa bilər, amma olan şeyləri heç kəs inkar edə bilməz. Mən o mahnını 2000-ci illərdə ifa etmişəm. Hər şeyin bir əsası var. Susmaq ən böyük cavabdır. Onsuz da bilənlər hər şeyi bilir. Heç o mübahisəyə girməyin mənası yoxdur. Mahnıda çox böyükuğursuzluqlar etmişdi. Əslində mahnı elə deyil. O da özü bildiyi kimi ifa edib, yəni onun şərhi idi, istədiyi kimi onu səsləndirmişdi.
Qeyd edək ki, Samirə Yusifqızı "Ay nənə mahnısının ilk ifaçısı olduğunu bildirmiş və Gülüstan Əliyevanın özünü mahnını ilk üzə çıxaran kimi təqdim etməsini qınamışdı:
"Gülüstan Əliyeva mənim haqqıma girib. Mahnını əsla o ortaya çıxarmamışdı. Mahnı 1996-cı ildə ərsəyə gəlib. Həmin ildə Gülüstan Əliyeva heç səhnəyə çıxmamışdı. Nəyə görə yalan danışırsan? Görürsən, indi o yalanın vaxtı gəlib çatdı. Haqqa girmək olmaz".axşam.az