Xalq artisti Zümrüd Məmmədova film təqdimatlarının birinə qızı ilə birgə qatılıb.
Unikal.org yeniçağ.az-a istinadən xəbər verir ki, Z.Məmmədova qızının gözəl bəstəkar olduğunu bildirib:
"İlahə Azərbaycandan çoxxarici ölkələrdə tanınır. Bir çox Avropa ölkələri ona sifarişlə musiqilər yazdırıb. Böyük layihələrin müəllifidir. SOCAR-ın himnini də qızım yazıb. Bu yaxınlarda qızıma Macarıstandan təklif gəldi. Bir il müddətinə həmin ölkədə yaşayıb, musiqi layihələri gerçəkləşdirmək üçün ona bir milyon dollar qonorar və ev təklif etdilər. Müqavilə bağlayıb, orada qalmalıydı. İrihəcmli musiqi əsərləri yazmalıydı. Onu mən qoymadım. Çünki bircə qızım var, onun da gözümün qabağında olmasını istəyirəm. Uzaqda olsa, urəyim partlayar.
Qeyd edək ki, 23 yaşlı İlahə Bakı Musiqi Akademiyasını bitirib, Xalq artisti Arif Məlikovun yetirməsidir.