Teleaparıcı Hacı Nuran xəstəliyinin yaranma səbəbləri haqda danışıb.

Unikal.org xəbər verir ki, "10-dan sonra verilişinin qonağı olan aparıcı güclü stressdən sonra səhhətinin pozulduğunu bildirib:

"Bilmirəm, verilişlərdən oldu, ya valideynlərim dünyasını dəyişəndən sonra... Çox böyük stress keçirdim. Atamdan sonra anam rəhmətə getdi. Anamda da xərçəng xəstəliyi var idi. Sonra mən xəstələndim, mənə də xərçəng diaqnozu qoyulmuşdu. Təcili müalicəmə başladım. Bakıda müalicəmi edirdim. İnsanlardan bir az çəkinirdim. Deyirdim, saçım töküləcək. Almaniyanın Düsserdolf şəhərində müalicəmi davam etdirdim. Bir müddət həkimlər "biz heç nə edə bilmərik dedilər. Daha sonra Bakıya qayıtdım, yenə müalicələr aldım. Hələlik istirahət edirəm, yayda yenidən müalicəyə başlayacağam.

Bir- iki saytda xəbər verilmişdi ki, Hacı Nuran rəhmətə getdi. Dedim sağam, elə şeylər yazmayın. Dedilər şəkil göndər, mən də əsəbi idim, pis şəklimi göndərdim. Hətta bir xanım yazmışdı ki, anası mənim şəklimi görəndən sonra qorxudan reanimasiyaya düşüb. Şükür, dualar sayəsində indi yaxşıyam".