Bu gün paytaxt restoranlarının birində toyu çalınacaq xalq artisti, 50 yaşlı muğam ifaçısı Aygün Bayramovaya toy ərəfəsində sürprizlə qarşılaşıb. Belə ki, nişanlısı İran vətəndaşı, "KÖHEL avtomobi zavodunun sahibi Fəraməz Gərmrudi ona bahalı toy hədiyyəsi edib.
Unikal.org xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə 62 yaşlı biznesmen Aygün Bayramovaya dəyəri 2 milyon olan mənzil hədiyyə edib. Gərmrudi Aygünü toy məclisindən birbaşa həmin evə aparacaq. Mənzil Hüseyn Cavid prospektində yerləşir.
Qeyd edək ki, bu, A. Bayramovanın ilk nikahıdır.
Xatırladaq ki, İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur "KÖHEL avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır.