Şou-biznesin məşhurları illər keçdikcə görünüşlərini dəyişirlər.
Unikal.org xəbər verir ki, bir çoxu yaşlarının artmasına baxmayaraq , gənc görünmək üçün əməliyyat etdirir, arıqlayır və pəhriz saxlayırlar. 1998-ci ildə ekranlarda görünən Günel Zeynalova bu gün tam fərql imicdə qarşımızdadır.
Müğənni 19 il keçməsinə baxmayaraq, heç bir plastik əməliyyat etmədiyini söyləyib. O, yalnız illər öncə çox olan qaşlarını azaltmaqla görünüşünü dəyişdiyini deyib:
"Heç bir plastik əməliyyat keçirməmişəm. Bir dəfə yoxlamaq üçün üst dodağımı şişirtdim, o da qalıcı olmadı. Qaşlarım çox idi, azaltmışam. İndi gözəl görünür. Onsuz da istəsəm əməliyyat etdirərəm, kimsədən qorxum yoxdur. Ancaq hazırda bu haqda düşünürəm.
Metbuat.az müğənninin ilk və son halının fotolarını təqdim edir.