Londonun "Grenfell Tower yaşayış binasında baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 12-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Skotland Yardın nümayəndəsi Stüart Kandı bildirib.

Məlumata görə, yanğın nəticəsində 74 nəfər xəsarət alıb. Onlardan 20-sinin vəziyyəti ağırdır.

Yanğın zamanı bir qadın uşağını binanın 10-cu mərtəbəsindən aşağı atıb. Xoşbəxtlikdən uşaq sağ qalıb.

Yanğının səbəbləri araşdırılır.