Londonda 24 mərtəbəli "Grenfell Tower" yaşayış binasında baş verən dəhşətli yanğınla bağlı məlumat vermişdik.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər saatlarla yanan binanın ən üst mərtəbəsinə çatanda heyrətləniblər. Orada sağ qalan yox idi. Axtarış-xilasetmə qruplarına istinadla verilən xəbərlərə görə, binada saysız cəsəd olub və ölü sayının yüzlərlə olacağı ehtimalı da var. Onlarla uşaq və yaşlı itkin düşüb.

İngiltərə qəzetləri bəzi bina sakinlərinin zibil torbalarından paraşüt kimi istifadə edərək özlərini aşağı atdıqlarını yazır.