Çində uşaq bağçasının qarşısında partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 7 nəfər ölüb, 66 nəfər yaralanıb.

Yaralılardan bir çoxunun vəziyyəti ağır qiymətləndirilir.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.