Fransanın paytaxtı Parisdə yerləşən yeraltı məzarlıqda üç gün əvvəl 16-17 yaşlarında iki gənc itmişdi.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, məzarlıq tünelində itən gənclər 4 saat ərzində polis itləri tərəfindən tapılıb. Gənclərin icazə verilməyən əraziyə daxil olduğu, sonra isə çıxışı itirdikləri bildirilir.
Qeyd edək ki, 18-ci əsrdə məzarlıqlar dolduğu üçün 6 milyona yaxın insanın sümükləri buraya yığılıb. Məzarlığın bir hissəsini ziyarət etməyə icazə verilir, lakin gənclərin qadağan olunmuş yerlərdə gəzdikləri, əyləncə təşkil etdikləri bildirilir.(qaynarinfo.az)