Əfqanıstanın paytaxtı Kabildə məscidin yanında partlayış baş verib.

Partlayış nəticəsində 6 nəfər olub, 10 nəfər yaralanıb.

Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Əfqanıstanın TOLO News telekanalı xəbər verib.

Daha əvvəl, Əfqanıstanın paytaxtı Kabildə məscidin yanında partlayışın baş verildiyi haqda məlumat verilirdi. Əfqanıstan hakimiyyəti hadisəni terror hücumu adlandırıb.