Unikal.org "Forbes jurnalının 2016-ci ildə açıqladığı ən varlı qadın yazıçıların siyahısını təqdim edir.

Coan Roulinq

Məşhur "Harri Potter seriyasının müəllifi Coan Roulinq 2004-cü ildən bəri ölkəsinin, bir müddət isə dünyanın ən varlı qadını olub. Xeyriyyə ilə məşğul olan Roulinq 2007-ci ildə "Taym jurnalı tərəfindən "İlin adamı seçilib. 2016-cı ildə 19 milyon qazanc əldə edib. "Forbes jurnalının yazdığına görə, növbəti il onun sərvəti 1 milyard dollara çatıb. Əsasən uşaqlar üçün yazan yazıçı bu il "böyüklər üçün "Boş yer adlı əsərini nəşr edib. 2016-cı ildə 19 milyon dollar qazanc əldə edib.

Nora Roberts

"İrland ürəyi, "Gecə hekayələri, "Stanislavski ailəsi kimi əsərləri ilə tanınır. Nora çox məhsuldar yazıçıdır. 2016-cı ildə kitablarından əldə etdiyi qazanc 15 milyon dollar civarındadır.

Daniela Stil

"Ehtiras vadisi, "Ailə albomu, "Üzük, "Böyük sevgilər baş tutmur kimi məşhur əsərlər müəllifi. Amerikada yaşayır. 69 yaşı var. 2016-cı ildəki gəliri: 15 milyon dollar.

Erika Leonard Ceyms

Dörd il əvvəl Stefani Meyerin "Alatoran seriyasından təsirlənərək yazmağa başlayıb. Əsər "Nyu-York Taymsın bestseller siyahısına düşüb. "Harri Potter və "Da Vinçi Kodu-nda olduğu kimi, aylarla əlinə kitab dəyməyənlər belə "Bozun əlli çaları əsərini almağa başlayıb. Onun 2016-cı ildəki qazancı 14 milyondur.

Pola Hokins

45 yaşlı britaniyalı yazıçı. Onu daha çox "Qatardakı qız əsəri ilə tanıyırlar. "Suyun altında romanı ilə də məşhurdur. 2016-cı ildə 10 milyon dollar qazanc əldə edib.

Veronika Rot

Onun ən məşhur əsərləri bunlardır: "Diverqent, "İnsurqent, "Elliqent. Amerikada yaşayır. 28 yaşı var. 2016-cı ildə kitablarının satışından 10 milyon dollar qazanc əldə edib.

Reyçel Rassel

"Nikkinin gündəliyi əsəri ilə məşhurdur. 58 yaşlı bu qadın yazıçı Amerikada yaşayır. Onun 2016-cı ildəki qazancı 8, 5 milyon dollardır.kulis.az