Almaniyanın sabiq kansleri Helmut Kol 87 yaşında vəfat edib.

Unikal.org-un məlumatına görə, bu barədə "Bild xəbər verib.

Məlumata görə, sabiq kansler öz evində Lüdviqshafen şəhərində vəfat edib.

H.Kol 1982-1998-ci illərdə Almaniyanın kansleri olub. O, Almaniyanın müasir tarixində ardıcıl dörd müddət kansler vəzifəsində çalışan ilk siyasətçi olub. H.Kol Almaniyanın birləşməsində və "soyuq muharibənin başa çatmasında mühüm rol oynayıb.