Londonda "Grenfell Tower çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində təqribən 70 nəfər ölüb.

Unikal.org-un xəbərinə görə, bu barədə "Sky News məlumat verib.

Bundan əvvəl yanğın nəticəsində 41 nəfərin itkin düşdüyü bildirilirdi. Məhkəmə-tibbi ekspertiza orqanının məlumatına əsasən, ölən şəxslərin kimliyinin müəyyənləşdirilməsi prosesi yanmış meyitlərin qalıqlarının vəziyyətindən asılı olaraq bir neçə həftə və ya ayadək uzana bilər.

Xatırladaq ki, Londonda 24 mərtəbəli "Grenfell Tower"də yanğın iyunun 14-nə keçən gecə baş verib.