ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməsi ölkəni dalana salmayacaq, amma bu ikitərəfli münasibətlərə zərər vuracaq.
Unikal.org xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Vesti şənbə günü" proqramına müsahibəsində bildirib.
"Qeyd etmək vacibdir ki, okeanın o tayında hansı qərarlar qəbul edilirsə də, bu, bizi (Rusiyanı) dalana salmır. Amma bu, Rusiya-ABŞ münasibətlərinə zərər vuracaq.
Hər hansı cavab addımları barədə indi danışmaq tezdir, baxmaq lazımdır ki, bu nə ilə bitəcək", -deyə prezident əlavə edib.