Türkiyədə dəhşətli hadisə yaşanıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, anası ilə geyim mağazasına gələn 5 yaşındakı qıza mağazanın sahibi keçmişdə imam olan 53 yaşlı Ö.F.İ seksual xarakterli hərəkətlər edib.
Belə ki, uşağın anası mağazada paltar seçib geyinərkən yaşlı kişi İ.S-yə seksual xarakterli hərəkətlər edib.
Mağazadan çıxıb evə gedərkən uşaq hadisəni anasına danışıb. Bundan sonra qadın dərhal polisə gedərək şikayət edib. Polis əməkdaşları mağazaya gələrək güvənlik kamerasının görüntülərini izləyib. Kameralardan da aydın göründüyü kimi imam Ö.F.İ 5 yaşlı qıza əllə seksual xarakterli təcavüz edib.
Dərhal polis əməkdaşları 53 yaşlı kişini bölməyə apararaq həbs ediblər.