Rusiya aviasiyası Suriyanın Deyr az Zor şəhərinə hücum etməyi planlaşdıran İŞİD terror qruplaşmasının 2 komandirini və 180 silahlısını məhv edib.
Unikal.org xəbər vrir ki, "Rusiya aviasiyasının İŞİD mövqelərinə qabaqlayıcı zərbələr endirməsi nəticəsində qruplaşmanın iki komandri Əbu Umar əl Beciki və Əbu Yasin əl Masri məhv edilib. Bundan başqa, zərbələr nəticəsində 180-dək İŞİD üzvü, 18 ədəd avtomobil və zirehli texnika, bir artilleriya qurğusu, dörd komanda məntəqəsi, silah-sursat anbarı məhv edilib, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.