Bəhreyn hökuməti koalisiya tərkibindəki Qətər hərbi qüvvələrinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Bəhreyn rəsmilərinin açıqlamasına görə, amerikalı generalın əmri altında olan qətərli hərbçilər ölkəni tərk etməlidirlər: "Hələ ki, qətərli əsgərlər hərbi bazadadır. Lakin 2 gün ərzində onların ölkəni tərk edəcəkləri gözlənilir.
Qeyd edək ki, 2014-cü ildən bəri terrorizmlə mübarizə çərçivəsində qətərli hərbçilər ABŞ-ın başçılıq etdiyi koalisiya ilə birgə Bəhreyndə xidmət keçir.