Almaniya Bundestaqı ölkə Hərbi Hava Qüvvələrinin Türkiyənin "İncirlik" aviabazasından çıxarılması haqqında qərarı təsdiqləyib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 569 deputatın iştirak etdiyi səsvermədə 461 deputat lehinə, 85 əleyhinə səs verib, 23 deputat isə bitərəf qalıb.

Qeyd edək ki, Almaniya hakimiyyəti qoşunlarının "İncirlik" hərbi bazasından çıxarılması zamanı ölkənin İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakını müvəqqəti dayandırdığını və buna görə Türkiyənin məsuliyyət daşıdığını bəyan edib.