İran Amerikanın İŞİD-i dəstəkləməsi ilə bağlı sübutları nümayiş etdirəcəyinə söz verib.

Unikal.org xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müşaviri Həmid Rza Moqadam Far deyib.

"Həmin sənədlərin yayılması planlaşdırılır. Deməliyəm ki, bu sənədlər hansısa müqavilə və ya məktublar formasında olan materiallar deyil, qeyd olunan dəlillər hadisə yerində baş verənlərin aspektləri ilə bağlıdır. Bunlar ABŞ-ın hansı ərazilərdə İŞİD-ə kömək etdiyini göstərir. Silahla təminat, tibbi yardım, logistik dəstək - bunlar hamısı yardımın göstəricisidir. İŞİD-i yaradanlar indi onu məhv etməyə çalışdıqlarını deyərkən yalan danışırlar. Bunu sübut edəcək bir çox faktlar var, - deyə müşavir bildirib.

Xatırladaq ki, iyun ayının 11-də İran ordusunun Baş Qərargah rəisinin müavini Mustafa İzadi ABŞ-ın İŞİD-ə dəstək verməsi ilə bağlı əllərində faktların olduğunu demişdi.