Almaniyada yaşayan, əslən türk olan 41 yaşlı Hacı Əhməd ondan boşanmaq istəyən arvadının başına olmazın oyunlar açıb.

Unikal.org xəbər verir ki, bir neçə həftə əvvəl həbsxanadan çıxan kişi 8 gün sonra həyat yoldaşı 39 yaşlı Nabiləni öldürməyə çalışıb.

Kişi cinayəti əvvəlcədən planlaşdırıb. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzin alan Əhməd evə gəlib və qadına deyib ki, əşyaların üstünə qan sıçramaması üçün mələfə sərsin.

Qadın öldürüləcəyindən şübhələndiyi üçün dostlarına mesaj atıb:
"Bir əlində benzin, bir əlində də bıçaqla gəlib. Deyəsən, məni öldürəcək".

4 uşaq anasını evdə vəhşicəsinə döydükdən sonra bir neçə bıçaq zərbəsi vuran Əhməd bununla da kifayətlənməyib, qadının üzərinə benzin töküb yandırıb. Daha sonra sürüyərək yaxınlıqdakı xəstəxanaya aparıb.

3-cü dərəcəli yanıq xəsarətləri alan Nabilə 24 əməliyyat keçirib.

Həyatı boyu hicab geyinməyən qadın bədənindəki yara izlərini gizlətmək üçün bütün bədənini örtən burka geyinməyə məhkum olub.

Almaniya məhkəməsi qadının dostlarına atdığı mesajları cinayətin dəlili olaraq qiymətləndirib və kişiyə 14 il 6 ay həbs cəzası kəsib.