İsrail aviasiyası Colan Yüksəkliklərinin yəhudi dövlətinin nəzarəti altında olan hissəsinə onlarla mərminin atılmasına cavab olaraq Suriyanın hökumət qoşunlarının iki tankına və artilleriya mövqelərinə hücum edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilir.

Hərbçilər mərmilərin təsadüfən sözügedən ərazilərə düşdüyünü bildirsələr də, bunu İsrail suverenliyinin pozulması halı kimi qiymətləndiriblər.

İsrail tərəfi itki vermədiyini bildirib.