"Əgər ABŞ PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə birgə hərəkət edirsə, silah verirsə, o halda NATO-ya yenidən baxmaq lazımdır. Necə ola bilər ki, NATO-da müttəfiq olduğumuz bir ölkə terrorçu bir qruplaşma ilə birgə hərəkət edir.
Unikal.org-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan bunu bu gün İstanbulda Ramazan bayramı ilə bağlı keçirilən bayramlaşma aksiyasında söyləyib.
R. T. Ərdoğan deyib ki, terrorçularla hərəkət edənlərin Türkiyə ilə bir cərgədə ola bilməyəcəyini bilməlisiniz: "Türkiyədə dövlət çevrilişinə cəhd edən bir terror təşkilatının rəhbərini torpaqlarında saxlamaqla da münasibətlərə ziyan vururlar. ABŞ Fətullahçı Terror Təşkilatının liderini bizə niyə vermir? Bunu da anlamağınız lazımdır.
Türkiyə prezidenti PKK və Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə sığınacaq verən Avropa ölkələrinin də yanlış yolda olduğunu vurğulayıb.