Hollandiya məhkəməsi tarixi Srebrenitsa soyqırımı ilə bağlı qərarını açıqlayıb.
Unikal.org "Hürriyyət qəzetinə istinadən xəbər verir ki, məhkəmə Hollandiya hökumətinin qətliamda qismən günahkar olduğunu bildirib.
Qərara görə, Hollandiya 300 bosniyalı əsgərin ölümündə günahkardır.
Qeyd edək ki, keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi (1991-1995) zamanı serb ordusu 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. Bu qanlı olay tarixə Srebrenitsa soyqırımı kimi düşüb.