İyunun 27-də Türkiyənin Üs bölgəsində PKK terrorçuları hərbi avtomobilə hücum ediblər. Hadisə nəticəsində 3 əsgər şəhid olub.

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, terrorçuların hücum etdiyi hərbi avtomobil Şırnak bölgəsində yerləşən Milli Jandarm Qüvvələrinin komando taboruna yemək aparırmış. Hücum zamanı yaralanan digər 3 əsgər isə Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Terrorçuların tutulması üçün bölgədə geniş əməliyyat aparılır.