İrəvandakı kütləvi iğtişaşlarda ittiham edilən Ararat Xandoyan 3,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Unikal.org bildirir  ki, "Novosti Armeniya" xəbər verir ki, bu barədə İrəvanın ümumi yurisdiksiyasında olan Kentron və Nork-Maraş rayonlarının məhkəməsi qərar verib.

Ararat Xandoyan məhkəmənin qərarını alqışlarlarla və gülüşlə qarşılayıb. Məhkəmə zalında olanlar isə "biabırçılıq" deyə qışqırıblar.

İttihamnaməyə əsasən, "Sasna tsrer" qrupunun üzvü Araik Xandoyanın qardaşı Ararat Xandoyan ötən ilin 20 iyulunda kütləvi iğtişaşlarda polislərə zorakılıq tətbiq edib və onların qalxanını almağa çalışıb.