Türkiyədə PKK terrorçuları yemək daşıyan hərbi avtomobilə hücum ediblər.
Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 3 türk hərbçisi həlak olub.
Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.