İraq parlamentinin yezidi əsilli millət vəkili Vian Dakhil İŞİD terror qruplaşmasının insanlığa sığmayan cinayətləri barədə danışıb.

Unikal.org xəbər verir ki, xanım Dakhil Misir televiziyasında çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib:

"Gənc bir qadın seks köləsi edilmək üçün qaçırılaraq 3 gün ac-susuz saxlanıldı, sonra ona bir qabda ət və bir az aş verildi. Aclıqdan ölməyə yaxın olan qadın yeməyi heç düşünmədən yedi. Sonra terrorçulardan biri ona biraz əvvəl 1 yaşlı oğlunu yediyini, uşağı kəsərək ona verdiklərini söylədi. Bundan başqa, terrorçular 10 yaşlı bir qızın meyitinə atasının gözləri önündə təcavüz etdilər.

İŞİD-in vəhşiliklərindən ürək ağrısı ilə danışan Vian Dakhil 21-ci əsrdə yezidi qadınların qul kimi satıldıqlarını, onları terrorçulardan pulla satın alaraq xilas etdiklərini deyib.  (axar.az)