Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından apelyasiya şikayətinə baxılacağı tarix açıqlanıb.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətinə 2017-ci ilin sentyabrın 19-da baxacaq.
Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində ÜAK-ın qeydiyyatının ləğvinə dair qərar qəbul edib. İyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından apelyasiya şikayəti verib.