Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb.

Unikal.org-un
TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.

Məlumata əsasən, yerli tayfa başçıları ilə danışıqlardan sonra sərbəst buraxılan BMT əməkdaşları Tripoliyə yollanıb.

xxx

Liviyada BMT missiyasının əməkdaşlarını girov götürən silahlılar tələblərini irəli sürüblər.


Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onlar Səudiyyə Ərəbistanı həbsxanalarından silahdaşlarının azad edilməsini tələb ediblər.

Bu gün silahlılar Tunisdən Liviyanın Əz-Zəviyyə şəhərinə, qeyri-qanuni miqrantların yerləşdirildiyi mərkəzləri təftiş etməyə gedən 7 BMT əməkdaşını girov götürüblər.

xxx



Liviyada "Əl-Qaidə terror təşkilatı ilə əlaqəli silahlılar BMT missiyasının üzvlərini əsir götürüb.


Unikal.org-un xəbərinə görə, bu barədə "Sky News Arabia telekanalı məlumat verib.

Məlumata əsasən, hadisə Tripolidən 45 km qərbdə yerləşən Əz-Zəviyyə yaşayış məntəqəsində baş verib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.