ABŞ-ın İdaho əyalətində Erik Finman elektron pul milyonçuları siyahısına qatılıb.
Unikal.org xəbər verir ki, o, 2011-ci ildə hələ 12 yaşındaykən elektron
pullara 1000 dollarlıq investisiya qoymaqla bu gün zənginlər
siyahısında yer alıb.
O zaman qiyməti 12 dollar olan elektron pulların qiyməti indi 2700
dollar civarındadır. E.Finmanın ilk dəfə sadəcə 83 elektron pul alıb.
Sadəcə bunun sayəsində o, artıq yarım milyon bir sərvətə malik ola
bilərdi.
2013-cü ilin sonunda 100 000 dollara sahib olanda o bütün electron
pullarını sataraq tələbələrin müəllimləri ilə video görüşməsinə imkan
yaradam firma yaradıb. 2015-ci ildə isə həmin firmanı ciddi bir məbləğə
elektoron pula satıb. İndi elektron pullarının dəyəri 1 milyondan
çoxdur.
Nəticədə, o, milyonçular siyahısına düşüb.(publika.az)