Çinin qərbi Sincan Uyğur Muxtar əyalətində yaşayan müsəlman qadın Alimihan Seyit 131 yaşını qeyd edib 

Unikal.org bildirir ki, şəxsiyyət vəsiqəsindəki məlumatlarına görə dünyanın ən yaşlı qadını olduğu deyilən Alimihan 25 iyun 1886 -cı ildə anadan olub. O, 131 yaşını beşinci nəsil nəvələri ilə qeyd edib. 

Doğum günündə ailəsi Alimihana uzun əriştə hədiyyə edib. Çində insanlar belə hədiyyənin insan ömrünü uzadacağına inanırlar.