Rusiyanın Surqut şəhərindən olan Rüstəm və Mariya Antaliyada dincəldikləri oteldən ayrılarkən yoxlama zamanı  çemodanlarından çıxanlar hər kəsi şoka salıb. 

Unikal.org bildirir ki, çütlüyün çemodanlarından yoxlama zamanı 14 rulon tualet kağızı, 7 kiloqram portağal, plastik su şüşələrinə tökülmüş 5 litr Beyliss likoru, bir neçə dəsmal və tərlik, otelin baxçasından kökləri ilə birgə çıxarılmış çiçəklər götürülüb. 

Rüstəm və Mariyanın oğurlamaq istədiklərinin ümumi dəyəri 231 dollar civarında hesablanb. Pul alındıqdan sonra onların oteldən çıxışına icazə verilib.