ABŞ-ın Arkanzas ştatının mərkəzi Litl Rok şəhərində gecə klublarından birində atışma olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, atışma Power Ultra Lounge adlı klubda baş verib.

İlkin məlumatına görə hadisə zamanı 17 nəfər yaralanıb.

İnformasiyaya əsasən, gecə klubunda olan iki nəfər arasında mübahisə yaranıb. Mübahisə daha sonra silahlı qarşıdurmaya çevrilib.