Türkiyənin qərbində yanğınsöndürən helikopteri su anbarı yaxınlığında qəzaya uğrayıb.

Unikal.org bildirir ki, helikopter İzmirdə meşə yanğınlarının söndürülməsi əməliyyatı çərçivəsində su çəni dolduran zaman qəzaya uğrayıb.

Beş ekipaj üzvü su anbarının mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas edilib. Onlardan biri yüngül xəsarət alıb.